ELAZ.İNFO xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi hesab edir ki, İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər.
Bu barədə Qrossi “CBS” teleşirkətinə müsahibəsində danışıb.
“Düzünü desəm, hər şey yoxa çıxıb və heç nə qalmayıb deyə bilməzsiniz. Aydındır ki, ciddi ziyan vurulub, amma birincisi, bu, tam zərər deyil. İkincisi, İranın potensialı var. Sənaye və texnoloji potensialı var. Əgər istəsələr, bu işə yenidən başlaya bilərlər”.
Bildirmək istəyirik ki,İran hökuməti o qədər irəli gedib ki, Qrossi edam edilməlidir deyir.Bunu Əli Xaməmeinin ofisinin orqanı olan Keyhan qəzeti yazıb.
“Ona görə də rəsmi şəkildə elan etməlidirlər ki, Qrossi İrana daxil olduqdan sonra, Mossadın xeyrinə casusluq etdiyinə və ölkəmizin məzlum xalqının qətlində iştirak etdiyinə görə mühakimə və edam olunacaq”,- qəzet bildirib.
Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub.
Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın – SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
Natəvan BƏYDİLİ