İranın Pakistanın iki həftəlik atəşkəs təklifini qəbul etdiyi bildirilir. Atəşkəs həmçinin Müctəba Xamenei tərəfindən təsdiqlənib.
ELAZ.İNFO xəbər verir ki, İranın verdiyi açıqlamada atəşkəsin 10 aprel cümə günü başlayacağı və hər iki tərəfin razılığı olarsa uzadıla biləcəyi bildirilib. Bu barədə İranın tasnim agentliyi də məlumat yayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, “Biz Pakistanda danışıqları 15 gün ərzində başa çatdırmağı və qələbəni siyasi arenada da qeyd etməyi hədəfləyirik”.
Məlumat üçün bildirək ki, İsrailin Baş naziri Netanyahu ABŞ Prezidenti Trampın İrana hücumlarla bağlı elan etdiyi iki həftəlik atəşkəsi dəstəkləyib, lakin bunun Livanı əhatə etmədiyini iddia edib.
İlahə BAYINDIR