Yenə müəmma. Bir tərəfdən son xəbər gəlir ki, Pakistanın təşəbbüsü ilə, ABŞ və İran arasında 2 həftəlik atəşkəs planı irəli sürülüb, danışıqlar üçün. İran artıq razılaşıb, ABŞ isə müzakirə edir.
Bu tərəfdən də tərsinə, bir ən son xəbər gəlir ki, Amerikanın xüsusi ağır B-52 qitələrarası strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı bazadan çoxlu sayda havaya qalxıb. Təxminən beş saatdan sonra İrana çatmalıdırlar… Efirdə Vaqenerin “Valkiriyaların Uçuşu” filmi səslənir! (V.ın əfsanəvi hücum uçuşu müdhiş marşladır).
İkinciyə inanmamaq olmur… Tramp xüsusiyyəti belədir, burdan gülür, razılaşma müzakirəsi edir, eyni zamanda kəskin hücum başlayır. Tramp nə edər, bu cür, şiddət dağıdıcı təyyarə zərbələrilə? Burada “İran tejimini daş dövrünə göndərəcəm” zarafat-doğrusu üçün, məncə 3 vacib yeri vurar.
1. İranın Xarq adasında ən böyük neft terminalı (bütün İran neft ixracatının 90%-ı oradan gedir),
2. Kenqan qaz emalı zavodu (ölkənin elektrik enerjisinin üçdə ikisini istehsal edir, bu zavod)
3. Bəndər Abbasda “Şəhid Rəcai” limanı. (İranın okeanlara çıxışı olan yeganə dərin su limanıdır və bütün İran idxalının təxminən 40%-i və 40%-i ixracı da buradan keçir. Bunları dağıdıcı ətəşlə vurmaq elə də asan deyil, amma ki İranın indiki hava hücumundan müdafiə sisteminin çöküşü, yoxluğu nəzərə alınmaqla, elə bir çətin də deyil.
Bundan sonra İran hətta minimal elektrik enerji də istehsal edə bilməyəcək. Ölkə ərzaq, sənaye malları və avadanlıq təchizatında iri fasilələrlə ilə üzləşər. Və görünməmiş miqyas humanitar böhran ola bilər. Şəxsən, heç istəmirəm bu baş versin. Rejim gərək, hakimiyyətdən əlini çəksin.
P. S. Və Teampdan asılıdır, hər iki tərəfə dəyişə bilər
İlqar ALTAY