İran ABŞ-ın müharibəyə qoşulacağı təqdirdə ona zərbə vuracaq

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın “The New York Times” qəzeti yazır ki, İran ABŞ-ın müharibəyə qoşulacağı təqdirdə Yaxın Şərqdəki Amerika bazalarına zərbələr endirmək üçün raket və digər hərbi texnikasını hazırlayıb.

Pentaqon ABŞ-nin Yaxın Şərqdəki bazalarında qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib.

İran bu qərara ABŞ-ın Birləşmiş Ştatların BƏƏ, İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi bazalarda öz qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirdiyi məlumatı əldə etdikdən sonra verib.

Əldə olunan məlumatlara görə ABŞ-ın təlimatına uyğun olaraq bölgədə 40 mindən çox ABŞ əsgəri müvafiq əmri gözləyir.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights