iPhone 16 Pro Cənubi Koreyada ən ucuz telefondur

ELAZ.İNFO xəbər verir ki, iPhone 16 Pro Cənubi Koreyada ən ucuz, Türkiyədə ən bahalı: ABŞ-dan iki dəfə bahadır!

Deutsche Bank-ın 41 ölkəni əhatə edən hesabatına görə, iPhone 16 Pro-nun ən sərfəli olduğu ölkə Cənubi Koreyadır. Türkiyə isə ABŞ qiymətini iki dəfə keçərək dünyanın ən bahalı iPhone satıcısı olub.

Deutsche Bank Araşdırma İnstitutunun “Dünya qiymətlərinin xəritələşdirilməsi” adlı hesabatına görə, 128 GB-lıq iPhone 16 Pro-nun qiyməti ölkədən ölkəyə əhəmiyyətli dərəcədə dəyişir. Cihazın satıldığı 41 ölkə arasında Cənubi Koreya ən ucuz ölkə, Türkiyə isə ən bahalı ölkə kimi siyahıya başçılıq edir.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights