İnvestoru necə tapaq? İdeyamız var, biznes planımız var, bizə bunu həyata keçirmək üçün pul lazımdır, yəni investor lazımdır.
İki vacib şərt: bir şəxsi simpatiya, ilk realistik biznes plan. Əgər siz bu gün gedib investorun qarşısında oturub öz layihənizə inandıra bilmədinizsə və investor sizə vəsait vermədisə, deməli burada yenə iki problem var.
Bir- yəqin ki, sizin səxsi simpatiyanızda nə isə əksikliklər var. Bunu düzəltmək üçün bacaran insanlara müraciət edə bilərsiniz, müəyyən bir dərslər ala bilərsiniz. Kitab oxuyub zənginləşə bilərsiniz.
İki -biznes planınızda əksiklik var. Bu da çox asandır. Mütəxəssisə müraciət edirsiniz, biznes planınıza yenidən baxırsınınz, daha realistik olursunuz. Yetər ki, öz ideyanızın arxasında dura biləsiniz və güclü motivasiyanız olsa, siz bu biznesi qurub, uğur əldə edə biləcəksiniz.
Natəvan BƏYDİLİ