ELAZ.İNFO, BAKI, 06.05.2025.
…Əvvəli 05.05.2025 sayımızda
Holland alimi Dauzi qeyd edir ki: “Müsəlman əhali yazmağı, oxumağı bacarırdı. Halbuki o zaman kilsə xadimlərinin çox az hissəsi yaza bilirdi. Həmin alim əlavə edir:
-“Bu çiçəklənən sivilizasiya qərbdəki kilsə xadimlərini, sadə xristianları özünə cəlb edirdi.”
Sözümün canı bundan ibarətdir ki, İslam dini ən ali və bir elm dinidir. Müsəlman alımlərinin hamısı da, öz əsl dindar olmuşlar. Çünki, din elə elmin özüdür və Quran bütün elmləri özündə cəmləşdirmişdir. Mütəfəkkirlərimiz də, Nizami, Fizuli, Xətai, Ömər Xəyyam və digərləri də əsl din xadimləri olmuşlar.
Bəli, mövhumat və çirkab içərisində yaşayan və bütün elm və inkişafda geri qalan Avropa bir də ayıldı ki, Müsəlman ölkələri inkişaf edərək dünyanı fəth edib. Onlar da yığışaraq İslam dünyası üzərinə Səlib yürüşləri təşkil etdilər. Fasilələrlə1096-1270 illər ərzində 8 xaç yürüşü baş versi. Bu illər və bu yürüşlər zamanı bütün İslam dünyası və elmi mənimsənildi və məhvə sürükləndi. İnkişaf etmiş müsəlman aləmini məhv etmək üçün onlar arasında təfriqəçilik salaraq parçalamağa başladılar. Müxtəlif təriqətlər, Teymiyələr, Vahabilər, İşidçilər və sair bu kimi cərəyanları yaratdılar. Əsirlərlə davam edən bu siyasət bu gündə davam edir. Müxtəlif islam dövlətlərini müharibələrlə məhv etməklə yanaşı, daxildə də, xüsusi insanları yetişdirirlər ki, cəmiyyəti öz milli-mədəni, müqəddəs dəyərlərindən uzaqlaşdırmaq üçün siyasətlər aparsınlar. Onları maddi, mənəvi və elmi cəhətdən təmin edir və onlar üçün xüsusi şərait, mühit yaradırlar ki, cəmiyyətdə söz sahibi olsunlar. Bir xalqın qəlbinə öz dininə və müqəddəs dəyərlərini qarşı şəkk-şübhə və inamsizlıq toxumu səpə bilsinlər. Onlar, güya elmi açıqlamalarla, müəyyən sübutlarla xüsusən gənclərin və cəmiyyətin beyinlərini dolduraraq, o xalqı məhvə sürükləyə bilsinlər. Elə bu da, xaş yürüşünün davamı hesab edilir.
Bəli, insanlarımız, xüsusən də, gənclərimiz bu haqda daha çox düşünməlidirlər ki, hansı boşluqdan faydalanaraq bu qüvvələr inkişaf edə bilirlər. Bəs biz nə etməliyik ki, bu faciədən, məhv və müsibətdən qoruna bilək və bizim qədim tarixə malık olan Xalqımız öz dini, milli-mədəni və müqəddəs dəyərləri ilə əbədi yaşaya bilsin…
Ardı var….
Mənzər AĞAYEVA
İlahiyyatçı