-“İnsanın ömrü yaddaşlarda qaldığı müddətlə ölçülməlidir”

Zamanı bölmək mümkün olmasa da, insanlar onu keçmiş, indiki və gələcək zamanlara ayıraraq işlərini sahmana salırlar. Bu gün Ədalət partiyasının sədri, hüquq elmləri doktoru, ictimai, siyasi və dövlət xadimi İlyas İsmayılovun dünyasını dəyişməsindən 40 gün keçdi.

Zamanın bölgüsünə baxmayaraq, biz İlyas müəllim haqqında keçmiş deyil, indiki zamanda danışırıq. Özünün də dəfələrlə dediyi kimi, insanın ömrü yaddaşlarda qaldığı müddətlə ölçülməlidir. Biz də hər gün İlyas müəllim haqqında danışmaqla, ondan gözəl nümunələr gətirməklə özümüzlə bərabər onu da yaşadırıq. İlyas müəllimi həm də onun siyasi, ideoloji, hüquqi, mənəvi, əxlaqi və əsl şəxsiyyət nümunəsi olan dəyərlərini öz əməlində daşıyan insanlar yaşadırlar.

Dünən Ədalət partiyasının bir qrup üzvü İlyas müəllimin məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.

Allah rəhmət eləsin!

Mütəllim RƏHİMOV

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights