ELAZ.İNFO xəbər verir ki, maarifçilik dövrünün əsas düşüncəsi insanın mərkəzə qoyulması idi.
Rene Dekartın “Cogito, ergo sum” (“Düşünürəmsə, deməli, varam”) fikri bu dövrün fəlsəfi simvoluna çevrilmişdi. İnsan öz ağlını kainatın mərkəzinə yerləşdirir, idrakı ilə təbiəti və onun qanunlarını anlamağa çalışırdı.
Amma Silikon dövründə vəziyyət dəyişib. İndi qərar qəbul edən sistemlər, özü öyrənən proqramlar, mətn və təsvir yaradan modellər ən güvəndiyimiz atributu – düşüncəni texnologiyanın əlinə verir.
Odur ki Dekartın fikrini belə transformasiya etmək olar: “Süni zəka düşünürsə, biz kimik?”
Düşünmə, öyrənmə və yaradıcılıq proseslərinin süniləşməsi “şüur”, “iradə”, “mənlik” kimi anlayışlara baxışı dəyişir. İnsanlarla maşınlar arasındakı sərhədlər silinir, təbii olanı qondarmadan ayırmaq çətinləşir.
Aydan