Deyilənlərə görə 6 aprel Adəm peyğəmbər – ilk insan, 960 yaşında vəfat edib.
Adəm (ivr. אָדָם insan, yun. Ἀδάμ, ərəb. آدم) — Tövratda və Quranda Tanrının yaratdığı ilk insan və insan nəslinin ulu babası. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu.
ELAZ.İNFO xəbər verir ki, Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərilər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər.
Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir. O, mütləq salehlik və şəxsi ölümsüzlük sahibi idi, amma o, yoldan çıxdığı üçün, bunların hamısını əldən verdi. Onun bu qüsuru öz gələcək nəsilinə, yəni insanlara təsir etdi. İlkin günah yalnız “ikinci Adəm” olan İsa tərəfindən yuyula bilindi. Adəmin Bibliyada olan hekayəsi Xristian dininin arvadın kişiyə tabeliyi (Yaradılış. 3:16) və İlk günah haqqında ehkam kimi müddəaların əsasını qoydu.
İslamda, Bəhailikdə peyğəmbər kimi anılır.
Adəmin Bibliyada olan hekayəsi dünya mədəniyyətinə və incəsənətinə Ədən bağı, Xeyirlə şəri bilmə ağacı, Həyat ağacı və başqa böyük sayda simvollar verdi.
Əli İBRAHİMOV