Özü özünü Suriyanın prezidenti elan etmiş Əhməd əş-Şaraa da BMT BA-nın sessiyasına dəvət olundu axı. Hətta BMT tribunasından çıxış etdi. Yəqin ki, o da demokratiyadan, insan haqlarından danışıb.
Yeri gəlmişkən, o, 1967-ci ildən sonra BMT tribunasından çıxış edən ilk Suriya prezidenti oldu.
Bu əş-Şaraa BMT-nin foyesində oturduğu yerdə birdən yavaş-yavaş ona David Petreus yaxınlaşır. Bu Petreus da kim ola, kim ola – MKİ-nin sabiq direktoru. Məhz Petreus 2011-ci ildə ən təhlükəli İŞİD və ən-Nüsra terrorçusu kimi onun başına $10 milyon mükafat təyin etmişdi. Düzdür, o vaxt həmin terrorçunun adı Məhəmməd əl-Colani idi.
Baxın, necə şirin-şirin görüşürlər… Allah bir az da mehriban eləsin.
Amma mən bir şeyi başa düşmürəm: -insan adını və ya vəzifəsini dəyişəndə onun terrorçu keçmişi də silinir?
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi