İnkişaf etmiş ölkələr risk zonasındadırlar

Əriyən buzlaqlar dünya üzrə 2 milyard insanın qida və su təchizatında fasilələrə səbəb ola bilər.

Bu barədə UNESCO-nun hesabatında məlumat verilir.

Dünyadakı suvarılan kənd təsərrüfatı torpaqlarının üçdə ikisi, ehtimal ki, iqlim böhranı səbəbindən dağlıq ərazilərdə buzlaqların əriməsi və qarın azalmasından zərər görəcək.

1 milyarddan çox insan dağlarda yaşayır və onların yarısı inkişaf etməkdə olan ölkələrdə artıq qida çatışmazlığı ilə üzləşir. Vəziyyət pisləşə bilər, çünki belə regionlarda qida məhsullarının istehsalı dağ sularından, qarın və buzlaqların əriməsindən asılıdır. Bu nəticə “World Water Development Report 2025” hesabatında qeyd edilib.

Bildirilib ki, inkişaf etmiş ölkələr də risk zonasındadırlar.

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights