İngiltərə futbol komandası tarixdə ilk dəfə Afrika komandasına məğlub olub

ELAZ.İNFO xəbər verir ki, futbol üzrə İngiltərə milli komandası yoldaşlıq görüşündə Seneqala məğlub olub.

Nottingemdə (İngiltərə) keçirilən oyun 3:1 hesabı ilə geri dönüş qələbəsi qazanan qonaqların xeyrinə başa çatıb. Harri Keyn britaniyalıları hesabda irəli çıxarsa da, daha sonra İsmayıla Sarr, Həbib Diarra və Şeyx Səbali öz növbəsində meydan sahiblərinin qapısına qol vurdular.

BBC Sport və Opta-nın məlumatına görə, İngiltərə milli futbol komandası tarixdə ilk dəfə afrikalı rəqibə uduzub və ilk dəfə afrikalı rəqiblərindən üç qol buraxıb.

İngilislər əvvəllər 15 dəfə qalib gəliblər.

Esmira RƏHİMOVA

Verified by MonsterInsights