İngilis cəsusları ölkədə məxməri inqilab edib

ELAZ.İNFO

İngilis cəsuslarının 1925 çi ildə Qacarlar dövlətində öz imperialist maraqları üçün uzun illər (1800-1925) ideoloji, informasiya işləri apararaq, ölkədə məxməri inqilab edib, Rza şah görkəmində yaratdığı millətçi fars rejimi, Rusiya ilə müttəfiq olmaq istədiyinə görə, onu “İslam” respublikası görkəminə saldılar. Beləliklə bu rejim 1979 cu ildən yeni bir quruluşda, yeni görkəmdə, bu günə qədər mövcudluğunu saxlayır. Bu gün bu millətçi fars rejim onu yaradan ABŞ, İngiltərə, qərb güc mərkəzinin təsir zonasından, çıxıb yenə də qərbin ənənəvi rəqibi olan Rusiyanın təsiri altına düşüb. Buna görə də ABŞ bu fars millətçi rejimini növbəti dəfə cəzalandırır. Bu rejim məhvə məhkumdur! Ən böyük güc mərkəzi illər əvvəl yaratdığı bu rejimi yox edəcək. Kim yaratdığı “alət”i öz rəqibinin əlində olması ilə razı olar?!

Bu qədər sadə məntiqlə mahiyyəti var. Qalan bütün eşitdiklərimiz və gördüklərimiz hamısı əsas məqsədi, mahiyyeti gizlətmək üçün vasitədir. Müxtəlif vasitəlırdən istifadə edib hərə öz marağını güdür. Bizi isə sarsıdan ən dəhşətli hall odur ki, İranda insanları dini mövhumat girdabına salıb, onların pak və müqəddəs dini hisslərindən, duyğularından istifadə ediblər və edirlər. Müqəddəs İslam dinini öz imperialist maraqları üçün aparılan müharibədə alət kimi istifadə edənləri, Allah çox sərt cəzalandıracaq! İnsan cəmiyyəti daim dəyişən canlı bir varlıqdır. İranda insanlar gerçəyi gec ya tez anlayacaqlar. Öz maraqları üçün bütün istiqamətlərdə daim mübarizə aparan xarici güclər də bu gerçəyi anlayacaqlar ki, bir ölkəni və burda yaşayan xalqları alət kimi uzun illər istifadə edə bilməyəcəklər. Bu hələ də mümkün olsa da, daim yeni müharibələrə səbəb olacaq. 1925 çi ildə yaradılan millətçi rejim, bu günə qədər bu ölkədə nə qədər münaqişələrə, qırğınlara səbəb olub.

Ey böyuk dövlətlər, böyuk güclər, dünyada ən böyük Lider sayılan Donald Tramp, daha “bəsdir” deyin! İranda min illərlə dövlət və dövlətçilik ənənəsi olan Azərbaycan Türklərinin hakimiyyətini bərpa etməsinə mane olmayın! İran Azərbaycanlılarına kömək edin ki, İranda hakimiyyətlərini bərpa etsin! 1925 çi ildən bu günə qədər azərbaycanlıların bu cəhətlərinin qarşısını almısız! İran, ABŞ, İngiltərə, qərblə və bütün güc mərkəzləri ilə bütün dövlətlərlə etibarlı müttəfiq o zaman ola biləcək ki, İran Azərbaycanlıları hakimiyyətlərini bərpa etsin! Bu Allaha da xoş gedər, bəndələrə də!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights