İnfantino və Tramp sövdələşməsi: Futbol, yoxsa siyasət qalib gəlir?

ELAZ.İNFO xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun son addımları dünya futbol ictimaiyyətində böyük qalmaqala səbəb olub. Martın 11-də ABŞ prezidenti Donald Tramp ilə görüşən İnfantino, İran yığmasının DÇ-2026-da iştirakına Trampın “yaşıl işıq” yandırdığını bəyan edib.

İnfantinonun bu hərəkəti bir sıra suallar doğurur. Əgər futbol siyasətdən kənardırsa, bir ölkənin yığmasının dünya çempionatında iştirakı niyə başqa bir dövlətin rəhbəri ilə razılaşdırılmalıdır? Maraqlıdır ki, vaxtilə Tramp Rusiya yığmasının turnirdən kənarlaşdırılmasına təəccüblənmiş və qərarın İnfantinoya məxsus olduğunu bildirmişdi. İndi isə FİFA rəhbəri hansısa ölkənin iştirakı üçün icazə almağa şəxsən ABŞ

İnfantinonun Tramp ilə bu qədər yaxın münasibəti Avropa futbolunda (UEFA) ciddi qıcıq yaradıb. UEFA rəhbəri Aleksander Çeferin və digər nümayəndələr hələ 2025-ci ilin mayında bildirmişdilər ki, İnfantino şəxsi siyasi maraqlarını futbolun ümumi işindən üstün tutur. Hətta İnfantinonun Tramp ilə turuna görə Paraqvaydakı FİFA konqresinə gecikməsi bu gərginliyi pik həddə çatdırıb.

Ekspertlər hesab edir ki, İnfantino artıq FİFA prezidenti rolundan “yorulub” və 2027-ci ildə səlahiyyət müddəti bitdikdən sonra böyük siyasətə atılmağı planlaşdırır. Onun dünya liderləri ilə bu dərəcə sıx təması, gələcəkdə İsveçrənin beynəlxalq idman əməkdaşlığı üzrə xüsusi nümayəndəsi olmaq istəyindən xəbər verə bilər. Görünən odur ki, İnfantino üçün futbol meydanı artıq dar gəlir və o, öz gələcəyini siyasi arenalarda qurmağa başlayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights