İndiki Ermənistan Ərazisindəki Mədəni İrsimiz

Bir vaxtlar Azərbaycan xanlıqlarının çiçəkləndiyi tarixi Azərbaycan torpaqlarının bir hissəsi, bu gün 1918 -ci ildə Sovet rejimi tərəfindən yaradılmış Ermənistan Respublikasıdır.

19-cu əsrin ortalarından başlayaraq Türkiyə və İran ərazilərindən etnik ermənilər çar höküməti tərəfindən Azərbaycan torpaqlarında məskunlaşdırılmışdır.

Bu faktı təsdiq edən çoxsaylı arxiv sənədlərindən əlavə, indiki Ermənistan ərazisində bənzərsiz türk mədəniyyət nümunələri mövcuddur.

Nankor qonşularımız bu abidələri nə qədər mənimsəmək və saxtalaşdırmaq istəsələr də, daşlar özləri bizə öz mənşəli haqqında məlumat verir.

Türk döyüşçülərinə məxsus döyüş sursatı və atların quyruğunu düyünə bağlamaq ənənəsi, Berkutla ov səhnələri, Saz (Dombra) ilə bardaş qurub oturan aşıq obrazı və s.

Bir sözlə, bu abidələrin Ermənistanın indiki əhalisi ilə heç bir əlaqəsi olmadığını başa düşmək üçün akademik biliklərə ehtiyac duyulmur.

Axı, heç kimə sirr deyil ki, yuxarıda sadalananların hamısı “hay” toplumuna yaddır və onlar tərəfindən tez -tez lağ obyektinə çevrilir, çünki özlərini “qədim” və yaradıcı millətin nümayəndəsi kimi sayan bir toplumun köçəri mədəniyyətinin elementləri ilə heç bir əlaqəsi ola bilməz.

Axı necə ola bilər ki, “Dənizdən dənizə” dövləti yaradan bir millət köçəri türklər qaydası bardaş qurub oturaraq saz çalsın? Sadəcə olaraq qonşularımız paradokslarla dolu paralleldə yaşayırlar.

P.S. Ən vacib dəlillərdən biri isə daşların üzərinə yazılan mərhumların adlarının əksər hallarda türk mənşəli olmasıdır. Erməni informasiya resurslarında mövcud faktla bağlı materiallar dərc olunmur. Təəssüf ki, bu abidələri fiziki olaraq öyrənmək və qeydiyyata almaq imkanımız yoxdur, ancaq mümkün qədər İnternetdən tapıb və səhifəmdə yerləşdirməyə çalışacağam.

Sabit COCULU

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights