Oktyabr hadisəsinin araşdırılması barədə
Elə ilk gündən çox adam bu hadisənin İsrail məxfi xidmətlərindən xəbərsiz baş verdiyinə şübhə etdilər. Plan İsraildə çox kiçik qrup insana məlum idi – güman edirəm ki, bunlar Netanyahu, Ben-Qvir, Smotriç və MI-6-nın rəhbəri, həmçinin onların tabeliyində olan çox az sayda adamdan ibarət olub. İsarilin müdafiə naziri plandan xəbərsiz olub. Çünki ordu bu plandan xəbərsiz olmalı idi ki, hər şey təbii alınsın. Aydındır ki, o vaxtkı müdafiə naziri Beni Qants əsgərlərinin qurulmuş oyunda qəsdən qurban verildiyini anlayırdı. Buna görə də Netanyahudan dəfələrlə tələb etmişdi ki, 7 oktyabr hadisəsi araşdırılsın. 2023-cü ilin dekabrında buna görə onların arasında möhkəm mübahisə oldu və Qants 29 dekabrda istefaya getdi. Netanyahu onun yerinə sözəbaxan Yoav Qalantı təyin etdi. Lakin Qalant Qəzzada çoxsaylı itkilər verəndən, müharibənin uzun sürəcəyini anlayandan, həmçinin ona qarşı BCM-in həbs orderi veriləndən sonra Netanyahu ilə münasibətləri gərginləşdi, müharibənin dayandırılmasını və 7 oktyabr hadisəsinin araşdırılmasını tələb etdi, buna nail olmadıqda istefaya getdi. 2024-cü ilin 5 noyabrından İsrael Kats müdafiə naziri təyin olundu.
Məntiqlə İsrail ilk növbədə 7 noyabr hadisəsini araşdırmalı idi. Çünki əgər bu İsrailin öz planı olmayıbsa, belə qeyri-adi, mindən artıq adamın ölməsinə səbəb olan hadisənin baş verməsi üçün təhlükəsizLik xidmətlərinin misilsiz xəyanəti olub. Xəyanət baş veribsə, niyə İsrail xəyanətkar(lar)ı axtarılmadan hərbi əməliyyatlara başladı? Axı həmin xəyanətkar(lar) müharibə zamanı daha böyük təhlükə ola bilər(lər). Niyə indiyədək İsrailin təhlükəsizlik xidmətləri rəhbərlərindən heç biri nə həbs edilib, nə də istefaya göndərilib? Hadisədən 2 il keçibe – vaxt olmayıb?..
Çünki hadisə araşdırılsa, onun baş ssenaristi Netanyahu çıxacaq.
Əgər belədirsə, Netanyahu müharibənin indiki şərtlərlə (fələstinlilərin Qəzzada qalması, İsrail qoşunlarının geri çəkilməsi) dayandırılmasını istəyərmi? Aydındır ki, müharibə dayanan kimi xalq 7 oktyabr hadisəsinin araşdırılmasını tələb edəcək. İsraildən 1200 adam 7-8 oktyabrda ölüb, azı 7 min adam da 8 oktyabrdan sonra ölüb, yaralanan, şikəst olanların sayı on minlərlədir, İsrailə həm maddi, həm də mənəvi böyük ziyan dəyib, BMT-nin xüsusi komissiyası İsraili soyqırımında ittiham edib, bütün dünyada yəhudilərə qarşı münasibət pisləşib… Yəhudilər bu qədər həmmiləyini bilərəkdən qurban verməsini və İsrailin tarixində görünməmiş itkiləri Netanyahuya yalnız bir halda bağışlaya bilərlər – İranı fəth etsəydi və ya parçalasaydı. Qalan bütün hallarda o, linç edilə bilər. Deməli, Netanyahu heç bir şərtlə müharibəni dayandırmaqda maraqlı deyil. İndiki atəşkəsin ömrü uzun olmayacaq…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi