Nə kurikulum var, nə metod var, nə təhlil var, nə də nəticə. Müəllim də birmənalı olaraq yox səviyyəsindədir. STEAM elə bir diskursdur ki, hər bir dərs yeni materal tələb edir. İnternetin mövcudluğu milyonlarla manat vəsaitin səmərəsiz xərclənməsinə yardımçı olur. Belə bir ciddi işdən mütəxəssislər əvəzinə humanitar və ictimai elmlərin adamları danışır. Bizim əksər işlərimiz belədir…STEAM təfəkkürü anyaşı elmi dövriyyəyə daxil edilib. Belə təfəkkür internetdən imitasiya vasitəsilə formalaşmır. Müəllim lövhədə hər bir ixtiranın yaranmasının elmi əsaslarını izah etməlidir….
STEAM nədir?
Bu abbreviatura 5 komponentdən ibarətdir
S-science (təbiət elmləri), T-technology (texnologiyalar), E-engineering (mühəndislik), A – Art (sənət), M-mathematics (riyaziyyat)
Məhz bu komponentlərin məcmusu əsasında təcrübəyə, eksperimentlərə, yaradıcı və mühəndis layihələrə tamamilə yeni yanaşma sərgilənir. Bu məsələlərin həlli dərin biliklərin qazanılmasına, praktik vərdişlərin və fənlərarası baxışların formalaşmasına istiqamətlənir.
Gəlin qısa bir məzmunu tərtib edək:
Science. Elm
Kimya, Fizika, Biologiya bir-birilə əlaqəli elmlərdir. Uşaqlar bu elmlərin qovşağında yenilikləri görür, eksperimentlər aparır, alim kimi düşünürlər. Hər bir təcrübə böyük elmin inşası üçün kərpicik rolunu oynayır
Technology. Texnologiya
Texnologiya gələcəyin mütəxəssisi üçün zəruridir. Şagirdlər praktik məsələlərin həlli üçün elmi kəşflərin tətbiqini tədqiq edir. Müasir texnologiyalardan, cihazlardan və robotlaşdırılmış texnikadan istifadə edirlər.
Engineering. Mühəndislik
Uşaqlar nəziriyyə və praktikaya diqqət yetirməklə öz mühəndislik layihələrini düşünür və ifadə edirlər.
İncəsənət
Art. Sənət. Uşaqlar öz layihələrini ifadə etmək üçün yaradıcılıq yolları tapırlar.
Mathematics, Riyaziyyat.
Söhbət tətbiqi riyaziyyatdan, informasiyaların statistik işlənməsindən-Big datadan gedir.
Müəllim hazırlayan ali məktəblərin STEAM proqramı yoxdur. Bu ali məktəblər normalda heç məcmuayə daxil olan fənlər üzrə müəllim hazırlaya bilmirlər. Fənlərarası yanaşma və bu istiqamətə yeni baxış formalaşmayıb. Qalır internetdə müxtəlif təcrübələrdən plaqiqatlıq. Alimlik dərəcəsi almaq istəyənlərin elmi işlərində n qədər plagiatlıq aşkarlanır. Bu təhsil menecerləri uşaqlara da plagiatlığı öyrədirlər.
Azərbaycan istedadlar ölkəsidir və yüksək istedada malik olan uşaqlarımız var. Lakin onlara elmi öyrədən müəllim kontingenti zəifdir. Bunun səbəblərini yazdığım mətndə izah etməyə çalışdım.
Etibar Əliyev
