Osmanlı sultanı II Bəyazidin dövründə İstanbul sarayında yeni bir ənənənin bünövrəsi qoyulur. Baxmayaraq ki, Osmanlıda ilk imaret nümunəsinin 1336-cı ildə Bursada Orxan Qazi tərəfindən tikildiyi bildirilir. Lakin II Bəyazitin dövründə daha da geniş yayılır.
İmarət deyilən ümumu mətbəxlər yaradılır və bura ehtiyaclı insanlara yardımlar edilməyə başlanır. İmarətlərdə səyyahlar, yoxsullar, hətta mədrəsə tələbələri pulsuz qidalanırdılar. Üstəlik, yemək hamı üçün eyni idi: savadlı və və adi insanlar üçün.
1- İmarət mətbəxi ilin hər günü fasiləsiz işləyirdi.
2- Bayramlarda adi günlərdə verilən yeməklərlə yanaşı, ət, düyü, zərdə, zirbək kimi xüsusi yeməklər və şirniyyatlar da süfrəyə verilir.
3- Türk adət-ənənələri ilə qonaqlar üçün xüsusi yeməklər bişirilir və onların heyvanlarına veriləcək arpa, yulaf və s. üçün illik müavinət ayrılır.
4- Burada xəstələr üçün də ayrıca mətbəx olurdu. Onlar üçün həkimlərin təsdiq etdiyi pəhriz yeməkləri hazırlanır.
5- İmarət mətbəxindən təkcə qonaqlar, xəstələr deyil, yoxsullar da heç bir ayrı-seçkilik və şərt olmadan faydalanır. Bundan əlavə, çörək və yeməklər fondun təyin etdiyi şəxslərə xüsusi olaraq verilir. Şagirdlər, müəllimlər, xəstələr, qonaqlar və iqtisadi vəziyyəti aşağı olan insanlar şorbadan faydalana bilərdilər.
Acları yedizdirənin Allah qarşısında mükafat alacağına inanılırdı. Buna görə də sultanlar və böyük vəzirlər məscid və bazarların yanında fəal şəkildə imaretlər tikdirdilər.
Çətin müharibə və ya epidemiya dövründə bu mətbəxlər minlərlə insanı aclıqdan xilas edib.
Qarabağda Ağdamda İmarət deyilən bir yer Xanlıq qurulmazdan öncə də var idi.
“Barlı bağ” adlanan həmin məkan adında iki seyidə məxsus olub. Burada ehtiyaclı olan insanlar üçün, səyyahlar üşün, işçilər və hər kəs üçün pulsuz sərin su ilə yanaşı meyvələr və yeməklər pulsuz verilirdi.
Qarabağ xanı Pənahəli xan Cavanşirin atası İbrahimxəlil ağa rəhmətə gedəndə onun dəfni üçün məxsus olaraq bu yer seçilib. “Barlı bağ” olan bu gözəl yeri Pənahəli xan hər iki seyiddən satın alıb və deyib ki, “burda yaşayın və istədiyiniz vaxt köçə bilərsiniz.” Pənahəli xanın vəsiyyətinə görə, burada yerlər nə icarəyə verilə, nə də satıla bilərdi. Bağlardan toplanan meyvə isə satışa çıxarılmır, Qarabağın kasıbları və din xadimlərinə ehsan kimi verilirdi.
Onun oğlu İbrahim Xəlil xan vaxtında İmarət daş hasara alınır, burada günbəzlər tikilir, qəbr daşları və baş daşları yonulmuş daşlardan hazırlanır. Burada Pənah Əli xanın öz əli ilə əkdiyi çinar ağaclarına da xüsusi qulluq edilirdi. Qeyd edim ki, 1789-cu ildən əkilən bu Çinar ağacları işğala qədər qalmış idi və Ağdamlıların yadında qalar, onlardan biri ildə bir dəfə yanar, sonra yenidən öz özünü bərpa edərdi.
Qarabağın üçüncü xanı Mehdiqulu xan Cavanşir sonralar buranı abadlaşdırmış, ehsan üçün bağ saldırmış, onu hər tərəfdən daş hasara aldırmış və böyük buzxana düzəltdirmişdi. Elat zamanı, aran yerlərdə yaşayanlar hər il yayda biçin vaxtı və xəstələri üçün buradan buz aparardılar.
Bu yer sonra Xan ailəsinin bağı, sonra məzarılığı, sonra Qarabağ FK-nun statdionu və sonda Fred Asifin Haqq Cəhbəsinin yerləşdiyi İMARƏT olub.
Ağdamda olan İmarət Osmanlı sarayında olduğu kimi ehtiyacı insanlar və hər kəs üçün bir yardım mərkəzi, qidalanma və ümid yeri idi. Ona görə Ağdamın İmarətini bu cürə tanımaq lazımdır, stadion və məzarlıq kimi yox.
Prof.Dr.Zaur Aliyev