İmamoğlu, Özkan və Yanardağ barəsində həbs qərarı verildi

ELAZ.İNFO xəbər verir ki, İstanbul Baş Prokurorluğunun casusluq araşdırması xarici ölkələrə casusluq etdiyi müəyyən edilən Hüseyn Günün rəqəmsal materiallarında gizli hərbi məlumatlar, xarici pasport şəkilləri və terror təşkilatları ilə əlaqələr aşkar edib.

Türkiyənin NTV.com.tr saytı yazır ki, istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı vəzifəsindən kənarlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlu, hazırda həbsdə olan Necati Özkan və Tele1 TV-nin qurucusu Merdan Yanardağ haqqında “casusluq” və “mənfəət əldə etmək üçün cinayətkar təşkilat” ittihamları ilə məhkəmə prosesi başlanıb.

Prokurorluq həbsxanaya İmamoğlunun istintaq çərçivəsində ifadə verməsini tələb edən məktub göndərib.

Bu gün İmamoğlu Çağlayan Ədliyyəsində ifadə verib.

Şübhəlilər Əkrəm İmamoğlu, Necati Özkan və Merdan Yanardağ siyasi casusluq ittihamları ilə həbs olunmaq üçün Sülh Cinayət Məhkəməsinə göndəriliblər.

Məhkəmə binasının ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights