İlyas İsmayılovun məzarını ziyarət edildi

ELAZ.İNFO xəbər verir ki, bu gün Ədalət Partiyasının bir qrup üzvü partiyanın qurucusu və mərhum sədri İlyas İsmayılovun məzarını ziyarət ediblər.

Partiyanın yeni sədri Mütəllim Rəhimli bildirib ki, “Ədalət Partiyası İlyas İsmayılovdan sonra təlatümlü günlər yaşadı, lakin bu sınaq mərhələsindən də uğurla keçdi. Partiyanın mayın 17-də İlyas müəllimsiz keçirilən IX Qurultayında bütün mübahisələrə, anlaşılmazlıqlara birdəfəlik son qoyuldu”.

Sədr vurğulayıb ki, “İlyas müəllimin məzarı önündə ikili hisslər yaşadıq. Bir tərəfdən illərlə birgə siyasi mübarizə apardığımız, ləyaqətli, təvazökar, alicənab, qayğıkeş liderimizin yoxluğu bizləri olduqca məyus edir. Həyatın bu kədərli zərbəsi ilə barışmaq çox çətindir. Digər tərəfdən isə İlyas müəllimin bizlərə miras qoyub getdiyi siyasi irsini yaşatmağa gücümüz çatdığına görə qürurluyuq”.

-Partiyanın qurulmasında və tərəqqisində böyük əməyi olan İlyas İsmayılov özündən sonra yaşamaq qüdrətinə malik bir partiya, ona sahib çıxa biləcək çoxsaylı Ədalətçi yetişdirib” -deyə M. Rəhimli qeyd edib.

Ədalətçilər mərhum sədrimiz İlyas İsmayılovun və partiyamızın qurulmasında müstəsna xidmətləri olan Etimad İsmayılovun ruhuna dualar oxuyublar.

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights