İlya Brodskiyə qarşı sanksiyalar ləğv edib

ELAZ.İNFO xəbər verir ki, Böyük Britaniya rusiyalı iş adamı və Sovcombank-ın keçmiş prezidenti İlya Brodskiyə qarşı sanksiyaları ləğv edib.

Bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisinin (OFSI) bəyanatında deyilir.

Brodskiyə qarşı sanksiyalar 2022-ci il sentyabrın 26-da tətbiq edilib. Sovcombank 28 fevral 2022-ci ildən bəri Britaniya məhdudiyyətləri altındadır.

Məlumat üçün bildirək ki, 2022-ci ilin avqustunda ABŞ Maliyyə Nazirliyi Brodskiyə qarşı sanksiyaları ləğv etdi.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights