İlon Maskın X şəbəkəsi və mövcud vəziyyət

ELAZ.İNFO xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilk dəfə Digital Services Act-ı tətbiq edərək, İlon Maskın X şəbəkəsini €120 milyon (~$140 milyon) cərimələyib.

Tənzimləyicilər iddia edirlər ki, platforma mavi “quş” almış profillərin həqiqiliyinə təminat vermir (bu işarə əvvəllər yalnız rəsmi hesablar üçün mövcud idi, indi onu ayda €7-ya hər kəs ala bilər) Aİ-nin fikrincə, bu saxta məlumatların yayılmasını asanlaşdırır. X-ə yoxlama problemlərini düzəltmək üçün 60 gün, reklam və məlumat problemlərini həll etmək üçün isə 90 gün vaxt verilmişdi.
Mask cərimədən əvvəl Aİ-nin ondan siyasətçilərə və bloqqerlərə qarşı gizli senzura tətbiq etməyi tələb etdiyini, əks təqdirdə onu sanksiyalarla hədələdiyini bildirib. O, digər platformaların, o cümlədən Facebook-un bu şərtlərlə razılaşdığını iddia edib. Mask xatırladıb ki, sosial şəbəkələr senzura, hesabların, o cümlədən Donald Trampın hesabının ləğv edilməsi dövrünü keçiblər.

Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights