İlon Mask: -“Trampın prezidentliyinin sonuna 3,5 il qalıb, mən isə hələ 40 ildən çox burada olacam…”

Tramp və Mask qarşıdurması

Dünyanın ən varlı adamı İlon Maskla dünyanın ən tanınmış prezidenti Donald Tramp arasında müharibəyə rəsmi start verilib.

ELAZ.İNFO xəbər verir ki, onların hər ikisi sosial şəbəkə sahibidir: Mask – X, Tramp – Truth Sosial. Hər ikisi aktiv sosial şəbəkə istifadəçisidir. O qədər fəaldırlar ki, sanki hər şeyi, hətta dövlət işlərini də sosial şəbəkə vasitəsilə idarə edirlər. “De gəlsin”ni giriş nitqi ilə X-də Mask açdı, Tramp dərhal “qafiyəni” tutdu və beləcə günün sonunadək davam etdi. İndi ABŞ-da yatırlar, duran kimi deyişmə davam edəcək.

İyunun 5-də bu iki şəxs arasında baş verən maraqlı deyişmənin “özəti” belə olub.

🚀 Mask: Bu qanun [büdcə layihəsini nəzərdə tutur] biabırçılıqdır. O, maliyyə intizamını pozur, kəsiri $2,4 trilyon artırır və eyni zamanda elektrmobillər üçün vergi güzəştlərini ləğv edir. Bu, sadəcə, dözülməzdir.

🚀 Mask: Amerika tezliklə iflas edəcək və bu, deyəsən, heç kimin vecinə deyil. Müdafiə Nazirliyinin büdcəsi çox böyükdür – ildə bir trilyon dollar. Dövlət borcu üzrə faiz ödənişləri isə Müdafiə Nazirliyinin büdcəsini üstələyib və artmaqda davam edir. Biz uşaqlarımız və nəvələrimizin necəsə ödəməyə məcbur olacağı borcumuza hər üç ayda bir trilyon dollar əlavə edirik. Sonra isə hər iki aydan bir, daha sonra hər ay bir trilyon dollar əlavə edəcəyik. Və onda ödəyə biləcəyimiz yeganə şey faizlər olacaq. Bunun sonu yaxşı olmayacaq, ona görə də biz xərcləri azaltmalıyıq.

🇺🇸 Tramp: Elona görə çox məyus oldum. Mən ona çox kömək etdim. O, qanun layihəsinin daxili işini burada oturan [Mertzlə görüş zamanı] hər kəsdən yaxşı bilirdi. Onun bununla bağlı problemi yox idi. Bizim elektromobillər üçün güzəştləri ixtisar etməyə hazırlaşdığımızı biləndən sonra onda qəflətən problem yarandı və inkişaf etməyə başladı.

🚀 Mask: Yalan, bu qanun layihəsi mənə heç vaxt göstərilmədi və o gecə yarısı elə sürətlə qəbul olundu ki, Konqresdə, demək olar ki, heç kimin onu oxumağa vaxtı olmadı.

🚀 Mask: Mən olmasaydım, Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi, Respublikaçılar isə 51-49 səslə Senata sahib olardılar. Belə nankorluq!

🚀 Mask X sosial şəbəkəsində Amerikada seçicilərinin 80%-ni təmsil edəcək yeni bir siyasi partiya yaratmaq təklifi ilə səsvermə yerləşdirdi.

🇺🇸 Tramp: İlon “tükənib”, mən ondan getməsini xahiş etdim. Mən ondan elektromobillərə mandatını aldım (o bunu etməyə hazırlaşdığımı aylar əvvəl bilirdi!). O hamını artıq heç kimin istəmədiyi elektrik avtomobillərini almağa məcbur edirdi. O, sadəcə, dəli olub!

🚀 Mask: Aşkar yalan. Çox təəssüf.

🇺🇸 Tramp: Büdcəmizdə milyardlarla və milyardlarla dollara qənaət etməyin ən sadə yolu İlon üçün dövlət subsidiyalarına və hökumətlə müqavilələrə son qoymaqdır. Mən həmişə təəccüb edirfim ki, niyə Bayden bunu etmədi!

🚀 Mask: Həqiqətən böyük bomba atmağın vaxtı gəldi: Tramp Epşteyn fayllarındadır. Onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur. Xeyirli gün, DJT!

🚀 Mask: Bu məsələ [ABŞ-da yeni siyasi partiyanın yaradılması] ilə bağlı düşünmək üçün əsaslar: Trampın prezidentliyinin sonuna 3,5 il qalıb, mən isə hələ 40 ildən çox burada olacam…

🚀 Mask: Prezidentin mənimlə hökumət müqavilələrinin ləğv edilməsi haqda bəyanatını nəzərə alaraq, SpaceX dərhal özünün Dragon kosmik gəmisini istismardan çıxarmağa başlayır.

Materialı hazırladı:

Asif ŞƏFƏQQƏTOV

Verified by MonsterInsights