ELAZ.İNFO xəbər verir ki, xalq çalğı alətləri incəliklərini öyrənən ilk qadın ifaçılarımızdan biri, tar ifaçısı, eyni zamanda mühəndis konstruktor Şövkət Babayevanın 19 noyabr anım günüdür.
Üzeyir Hacıbəyovun təşəbbüsü və dəstəyi ilə ilk qadın ifaçılardan biri olub. Təhsilini başa vurduqdan sonra, 1947-ildə 2 nömrəli uşaq musiqi məktəbində tar dərsləri keçməyə başlayıb, onun tələbələrinin arasında məşhur diplomat Ramiz Abutalıbov da olub. Səhnə karyerasını bitirdikdən sonra layihə İnstitutunda mühəndis konstruktor kimi işləməyə başlayıb. Uzun illər boyu Bakı şəhərinin şəhər planlaşdırılması və inkişafına töhfə verib.
Aydan
