İnsan hüquqlarından, vicdan azadlığından, qısaca, demokratiyadan ağız dolusu bəhs edən, özünü Avropada “demokratiyanın beşiyi sayan ölkəsində- Fransada daha bir demokrat həbsə alındı, digər sözlə desək, demokratiya elə beşiyindəcə boğuldu.
Prezidentliyə namizəd, çoxlu tərəfdarı olan, xalq içində sevilən, şəxsiyyətinə böyük hörmət və ehtiram olan parlaq sima- Marlin Le Pen gözlənimədən həbs edildi. Növbəti seçkilərə gedən yolda qarşıya çıxan əngəlləri aradan götürmək üçün bütün demokratik əngəlləri ciddi-cəhdlə aşan Fransa hökuməti geri çəkilmək niyyətində deyil.
Gələcək seçkilərdə uğurlu namizəd olaraq mövcud hakimiyyətin canına qorxu salan Marlin Le Penin varlığı Fransa hökuməti üçün ciddi təhlükə mənbəyi idi.
Məlumat üçün qeyd edək ki, Marlin Le Pen Fransa parlamentində ana müxalifətin rəhbəri idi.
İlahə BAYINDIR
