İlham Əliyevin Trampı “müharibə başlatmayan yeganə prezident” kimi təqdim etməsi rezonans doğurur”

Son günlər gündəmdən düşməyən ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını rəsmi Truth Social hesabında paylaşmasına hüquqşünas Əliməmməd Nuriyev öz münasibətini sosial şəbəkə hesabında bildirib.

ELAZ.İNFO xəbər verir ki, Əliməmməd Nuriyevin firincə “ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını rəsmi Truth Social hesabında paylaşması təsadüfi və sadə jest deyil. Bu, post-münaqişə dövründə Azərbaycanın regional liderliyinə və balanslı xarici siyasət kursuna verilmiş şəxsi etimad siqnalıdır.

Tramp administrasiyasının “yalnız milli maraqlar naminə diplomatiya” xətti Azərbaycan kimi müstəqil qərar verən dövlətlərlə əməkdaşlıq üçün əlverişli platforma yaradır. İlham Əliyevin çıxışında Trampı “müharibə başlatmayan yeganə prezident” kimi təqdim etməsi bu gün dünyada sülhə susamış siyasi mərkəzlərdə rezonans doğurur”.

Ə.Nuriyev vurğulayıb ki, “ABŞ-Azərbaycan münasibətləri bu platforma üzərində formalaşarsa, bu, Cənubi Qafqazda yeni güc balansının və strateji diaqnozun konturlarını müəyyən edə bilər. Xüsusilə enerji təhlükəsizliyi, informasiya suverenliyi və sülh təşəbbüsləri sahəsində əməkdaşlıq spektri genişlənə bilər. Bununla yanaşı, Trampın ritorikası ilə müşayiət olunan siyasi qərarların davamlılığı Azərbaycanın informasiya diplomatiyasına və yumşaq güc siyasətinə xüsusi məsuliyyət yükləyir”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights