ELAZ.İNFO xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ilə Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirərək deyib:”əla və illərdir davam edən tərəfdaşlıq” illəridir.
Netanyahu Azərbaycana əvvəlki səfərlərini xatırladaraq bildirib: “İllər əvvəl Azərbaycana ilk səfərimi xoş xatirələrlə xatırlayıram. Sonra ikinci səfərimdə orada baş verən böyük dəyişikliyi, böyük inkişafı gördüm. Əlbəttə ki, illər keçdikcə, dostluğumuz çiçəkləndi”.
Netanyahu tərəfindən Prezident İlham Əliyevi Yerusəlimə rəsmi səfərə dəvət edilib.
“Prezident İlham Əliyevə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm. Biz həmişə ‘gələn il Yerusəlimdə’ deyirik, indi isə ‘Bu il Yerusəlimdə’ olsun. O, çox səmimi və isti qarşılanacaq”.
N.B