İl mərasimində 20-yə yaxın şəxs zəhərləndi

Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə baş verib.

ELAZ.İNFO Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizi izləyin və paylaşın