ELAZ.İNFO, BAKI, 05.05.2025.
Müasir təhsil texnologiyaları barədə dəyərli kitab
Rəqəmsal cəmiyyətin mühüm xüsusiyyətlərindən biri də təhsildə İnformasiya- Kommunikasiya Texnologiyalarının (İKT) kompleks tətbiq imkanıdır. İKT müasir dövr təhsilinin ən mühüm vasitəsidir. İKT təhsilin keyfiyyətini artırmaq, tədris prosesini daha səmərəli və əlçatan etmək məqsədi ilə son 20 ildə geniş istifadə olunur.
İKT-nin təhsildə tətbiqinin əsas üstünlüklərini belə şərh etmək olar:
- Təhsilin rəqəmsal mühitə transferi. İKT onlayn dərslər, vebinarlar, videokonfranslar və digər rəqəmsal platformalar vasitəsilə tədrisi əyani, əlçatan və interaktiv edir.
- Tədris materiallarının zənginləşdirilməsi. Müxtəlif interaktiv proqramlar, simulyasiyalar, videolar, animasiyalar tədris materiallarını cəlbedici və anlamlı edir.
- Təhsil fərdiləşdirilməsi. İKT, hər bir şagirdin mənimsəmə tempi və üslubuna uyğun olaraq fərdi təhsil imkanları təqdim edir.
- Təhsilldə əməkdaşlıq və təlimin interaktivliyi: İKT vasitəsilə agird və müəllimlər arasında əməkdaşlıq imkanı daha da artır. Onlar onlayn müzakirələr, forumlar, qruplar, layihə qrupları vasitəsilə bir-biri ilə əlaqə saxlayır, fikirlərini paylaşa bilərlər. Bu da şagirdlərin fərdi və kollektiv iş bacarıqlarını inkişaf etdirir.
- Şagird nailiyyətlərinin qiymətləndirilməsi. İKT şagird nailiyyətlərini qiymətləndirmək və izləmək üçün müxtəlif alətlər təqdim edir. Onlayn testlər, anketlər və qiymətləndirmələr vasitəsilə müəllimlər tələbələrin inkişafını daha asan və real rejimdə izləyə bilərlər.
- Resursların müxtəlifliyi. Təhsil resurslarından şagirdlər onlayn rejimdə, istənilən vaxt faydalanmaq imkanı əldə edirlər. Müxtəlif elektron kitablar, məqalələr, tədris materialları, video kontent vasitəsi iləə şagirdlərin təlimlərini intensivləşə bilir.
- Tələbələrin müasir texnologiyalarla işə hazırlanması. Müasir cəmiyyətin tələblərinə uyğun olaraq, İKT-nin təhsildə tətbiqi şagird və tələbələri müasir texnologiyalarla sərbəst işləməyə hazırlayır. Bunun nəticəsində şagirdlər gələcək iş həyatına daha yaxşı hazırlanırlar.
İKT-nin bu potensialından beynəlxalq təhsil təcrübəsində geniş istifadə edilir. Ölkəmizdə bun sahədə zəngin təcrübəsi olan təhsil müəssisələrindən biri də Bakı “İdrak” Liseyidir. Bu özəl lisey müasir təhsil texnologiyalarından geniş istifadə edərək, şagirdlərə və müəllimlərə interaktiv və səmərəli təhsil mühiti yaratada bilmişdir. Liseyin İKT-dən istifadə təcrübəsi, təhsil prosesini zənginləşdirmək və öyrənmə keyfiyyətini artırmaqla, ölkənin digər ümumtəhsil məktəbləri üçün yaxşı nümunə yarada bilmişdir. Bakı “İdrak” Liseyində İKT-dən istifadə ilə bağlı bəzi diqqətəlayiq təcrübə nümunələrini qeyd etmək istəyirik.
- İnteraktiv lövhələr və rəqəmsal avadanlıqlar:
Liseydə dərslərin maraqlı və cəlbedici olması üçün interaktiv lövhələr və digər rəqəmsal alətlərdən geniş istifadə edilir. Bu avadanlıqlar dərsləri daha vizual və anlaşılan edir, eyni zamanda şagirdlərin dərsə marağını artırır. - Onlayn təhsil platformaları və e-öyrənmə:
Bakı İdrak Liseyində tələbələrə onlayn dərslər, video dərsliklər, testlər və müzakirə forumları vasitəsilə əlavə təhsil materialları təqdim edilir. Bu, şagirdlərə dərsləri evdə izləmə və əlavə təcrübə qazanma imkanı verir. - İnteraktiv dərsliklər və simulyasiyalar:
Liseydə tədris olunan mövzulara uyğun interaktiv dərsliklər və simulyasiyalar istifadə olunur. Bu materiallar, məsələn, riyaziyyat və fizika kimi sahələrdə şagirdlərin nəzəriyyəni praktiki şəkildə tətbiq etmələrinə kömək edir. - Proqramlaşdırma və İKT dərsləri:
Liseydə tələbələrə İKT və proqramlaşdırma dərsləri tədris edilir. Bu dərslərdə tələbələr müasir proqramlaşdırma dilləri, robototexnika və digərləri ilə tanış olurlar. Onlara bu texnologiyalarla işləmək bacarıqları qazandırılır. - Rəqəmsal qiymətləndirmə və izləmə:
Müəllimlər, şagirdlərin inkişafını izləmək və qiymətləndirmək üçün müxtəlif rəqəmsal alətlərdən istifadə edirlər. Onlayn testlər, interaktiv tapşırıqlar və statistik izləmə vasitəsilə tələbələrin tədris prosesindəki irəliləyişi asanlıqla ölçülə bilir. - Əməkdaşlıq və layihə işləri:
İKT vasitəsilə şagirdlər arasında əməkdaşlıq və layihə işləri təşviq edilir. Onlar onlayn mühitdə qruplar yaradaraq, müxtəlif layihələr üzərində işləyir və bu prosesdə İKT-dən istifadə edərək məlumat toplayır, təqdimatlar hazırlayır və müzakirələr aparırlar. - Açıq mənbə materialları və resurslar:
Bakı İdrak Liseyində açıq mənbə resurslarına böyük önəm verilir. Tələbələr internetdə mövcud olan açıq dərs materiallarından, elmi məqalələrdən və video dərslərdən istifadə edərək öz öyrənmələrini zənginləşdirirlər.
Bakı “İdrak” Liseyinin İKT-dən istifadəsi, təhsil prosesini daha dinamik və əlçatan edir, şagirdlərə daha geniş öyrənmə imkanları təqdim edir və onların gələcəkdə müasir texnologiyalarla işləmə bacarıqlarını inkişaf etdirir. Bu təcrübə, həmçinin müəllimlər üçün daha səmərəli tədris metodlarının tətbiqinə şərait yaradır.
“İdrak” liseyinin İKT-nin tətbiqi sahəsində topladığı zəngin təcrübə əsasında bu təhsil müəssisəsinin təsisçisi, p.ü. e.d. Mönsüm Alışovun maraqlı monoqrafiyası dərc edilmişdir. “Təhsildə İKT (interaktiv proqram vasitələri və onlardan istifadə yolları)” adlı kitab bu sahədə olan azsaylı metodik resurslardan biridır.
Kitabda müasir İKT vasitələrindən tədrisdə istifadəyə dair geniş məlumat verilmişdir. Kitab təhsildə istifadə edilən İKT vasitələri haqqında sistemli və geniş elmi-metodik-texniki məlumatlar verməklə yanaşı, müasir təhsil innovasiyaları haqqında ensiklopedik xarakterli kontent təqdim edir.
23 bölmədən ibarət olan kitabda virtual və artırılmış reallıq, WEB 2 alətləri, elektron löhhə, Labster, fizika təlim texnologiyaları, Simvolab, Matlab, təlimin idarəetmə sistemləri (LMS), Google clasroom v.s. kmi müasir İKT alətləri və vasitələri haqqında geniş məlumat verilmişdir.
Monoqrafiya ixtisasından aslı olmayaraq məktəb və universitet müəllimləri, tələbələr, təhsil texnoloqları, təhsil tədqiqatçıları üçün faydalı nəşrdir. Bu kitabdan ölkənin bütün təhsil müəssisələrinin istifadəsi məqsədəuyğundur.
Dos. İlham ƏHMƏDOV