İkili standartlardan gileyliyik

ELAZ.İNFO, BAKI, 05.05.2025.

Əvvəllər Qərbin “ikili standart”larından gileylənirdik, indi də Rusiyanın eyni siyasəti ilə üz-üzəyik.

Belə ki, bir tərəfdən Rusiyanın prezidenti və din xadimi üzdə Rusiya-Azərbaycan dostluğu və müttəfiqlik münasibətlərindən dəm vurur, digər tərəfdən isə Azərbaycanın deputatı Moskvada saxlanılıb deport edilir. Eyni zamanda, Rusiya ərazisindən Azərbaycana kiberhücumlar təşkil olunur.

Rusiyanın “dostluq və müttəfiqliyi” bu qədər əcaibdir. Görünən budur ki, Azərbaycan Qərbin, Rusiyanın və İranın “ikili standart”lar prinsipinə əsaslanan riyakar davranışları ilə hələ çox üzləşməli olacaq.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights