Yaxın Şərqdə müharibənin 40-cı günündə atəşkəs razılaşması əldə edilib. İran, ABŞ və İsrail 15 günlük atəşkəs barədə razılığa gəliblər.
ELAZ.İNFO xəbər verir ki, hər iki tərəfin və rəsmi Pakistanın açıqlamalarına görə, danışıqlar cümə günü Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
Atəşkəs ABŞ prezidenti Donald Tramp tərəfindən İrana verilən son tarixdən qısa müddət əvvəl elan edilib.
İlahə BAYINDIR