“İki dövlətli həll yolu” ən əlverişli yoldur

HƏMAS-ın girov saxladığı israillilər bu gün azad olunub.

İsrail mediasının məlumatına görə, azad edilən 20 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail tərəfinə təhvil verilib.

Bu, doğrudan da inqilabi addımdır. HƏMAS sülhə yönəlik qətiyyətli addımları ilə artıq silahlı qruplaşmadan siyasi hərəkata çevrilməkdədir.

Fələstinlilər və yəhudilər dinc, yanaşı yaşaya bilərlər. “İki dövlətli həll yolu” ən əlverişli yoldur. Yetər ki, Netanyahu kimi radikal siyasətçilər Fələstin dövlətinin varlığını inkar etməkdən əl çəksinlər.

P.S.Yeri gəlmişkən, Qəzzada yerləşdiriləcək beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Azərbaycan və Türkiyə sülhməramlılarının da yer alması nəzərdə tutulur.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights