ELAZ.İNFO xəbər verir ki, aprel ayının 19-da Naxçıvanda böyük alim Nəsirəddin Tusinin xatirəsinə həsr edilmiş II fizika-riyaziyyat olimpiadasının final mərhələsi keçiriləcək.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulan bu bilik yarışında bütünlükdə 136 şagirdin iştirak etməsi gözlənilir.
Qaliblərə Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim ediləcək.
ELAZ.İNFO