ELAZ.İNFO xəbər verir ki, bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində 29 yaşlı riyaziyyat müəllimi güllələnib.
Müəllimi güllələyən isə onun öz şagirdi -10-cu sinifdə təhsil alan şagirdi olub.
Hazırda müəllim aldığı güllə yarası ilə bağlı xəstəxanadadır. Vəziyyəti ağırdır.
Liseyin rəhbəri Mövsüm Alışov bildirib ki, “Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”.
Hadisə ilə bağlı araşdırmalar gedir.
İlahə BAYINDIR