15 APREL, ELAZ.İNFO
ELAZ.İNFO xəbər verir ki, Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar.
İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, azarkeşlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edəki, Azərbaycan Gimnaziadada 18 idman növü üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub və yarışlarda 35-i qızıl, 12-si gümüş, 28-i bürünc olmaqla ümumilikdə 85 medal qazanıb.
Nadir HÜSEYNOV