Azərbaycan idmanı beynəlxalq uğurları ilə dövlətimizin nüfuzunu yüksəltsə də, federasiyaların maliyyələşmısi, bu sahədə şəffalığın olmaması uzun illərdir mütəmadi müzakirə olunur. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin necə xərcləndiyi barədə ictimaiyyətə heç vaxt ətraflı məlumat verilmıyib. Zaman-zaman bu və digər Federasiya ilə bağlı maliyyə maxinasiyları haqqında məlumatlar yayılıb. Federasiyalar ictimaiyyət qarşısında hesabatlı olmayıblar, yalnız öhdəlik olanda AFFA kimi beynəlxalq qurumlara hesabat veriblər. Hətta sosial şəbəkələrdə və idmançı dostlarımızla söhhbətdə tez-tez şikayətlənirlər ki, gündəlik təlimləri, bəzi hallarda isə yarışlarda iştiraklarını belə özlərinin, dostların və qohumlarının hesabına maliyyələşdirirlər. Açıq müşahidə olnurdu ki, sistemli böhran var.
Məhz belə bir şəraitdə hökumət federasiyaların maliyyələşdirilməsi səlahiyyətini Gənclər və İdman Nazirliyindən alaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə həvalə etdi. Əslində, dövlət büdcəsindən bütün ödənişlər illərdir Xəzinədarlıq vasitəsilə həyata keçirilirdi. Fərq ondadır ki, əvvəllər hansı federasiyaya nə qədər vəsait ayrılacağına və bu vəsaitin hansı istiqamətdə xərclənəcəyinə Gənclər və İdman Nazirliyi qərar verirdi. İndi isə bu səlahiyyət Maliyyə Nazirliyinə keçir. Federasiyalar birbaşa onun təsdiqi ilə işləyəcək, vəsaitlərin təyinatı və icrası üzərində mərkəzləşdirilmiş nəzarət güclənəcək. Federasiyalar özləri üçün “qapalı büdcə adası” ola bilməyəcək. Yaxud oğurlamaq çox çətin olacaq.
Bu dəyişiklik hüquqi baxımdan “Büdcə sistemi haqqında” Qanunun vahid xəzinədarlıq prinsipi ilə üst-üstə düşür. Qanun dövlət vəsaitlərinin yalnız təyinatı üzrə xərclənməsini və bütün ödənişlərin vahid xəzinədarlıq hesabı üzərindən aparılmasını tələb edir. “Hesablama Palatası haqqında” Qanun isə büdcə xərclərinin parlament nəzarəti altında olmasını nəzərdə tutur. “Bədən tərbiyəsi və İdman haqqında” Qanuna görə federasiyalar dövlət vəsaitindən istifadə edərkən şəffaf və hesabatlı olmalıdırlar. Lakin illərin təcrübəsi göstərdi ki, bu öhdəliklər çox vaxt formal xarakter daşıyıb. Bu baxımdan Maliyyə Nazirliyinin müdaxiləsi həm hüquqi məntiqlə, həm də korrupsiya risklərinin azaldılması məqsədi ilə izah olunur. Amma qərarın şifahi tapşırıq əsasında verildiyi barədə məlumatlar hüquqi qeyri-müəyyənlik yaradır. Belə mühüm səlahiyyət dəyişikliyi normativ-hüquqi aktla rəsmiləşdirilməlidir.
Qərarın təsirləri ikili xarakter daşıyır. Bir tərəfdən, federasiyaların maliyyə müstəqilliyi məhdudlaşır, amma şəffaflıq güclənir. Hər ödəniş yalnız əsaslandırılmış sənədlərlə təsdiqlənəcək, audit izləri genişlənəcək, mənimsəmə və saxta ezamiyyətlər üçün meydan
Federasiyalardan başlayan bu yanaşma dövlətin ümumi maliyyə idarəçiliyində daha geniş miqyasda tətbiq oluna bilər – mədəniyyət qurumları, QHT-lər, hətta bələdiyyələr üçün. Məqsəd yalnız pozuntuları sonradan cəzalandırmaq deyil, korrupsiya risklərini əvvəlcədən neytrallaşdırmaq, şəffaflıq və hesabatlılıq mədəniyyətini formalaşdırmaqdır.
Beləliklə, federasiyaların maliyyələşdirilməsində yeni mexanizm yalnız idarəetmədə səlahiyyət dəyişikliyi deyil, korrupsiya ilə mübarizə, şəffaflıq və büdcə intizamının gücləndirilməsi istiqamətində strateji bir addım kimi qiymətləndirilməlidir. Əgər bu addım qeyd olunan prinsiplərlə müşayiət olunarsa, o zaman idman federasiyaları həm dövlətin, həm də ictimaiyyətin etimadını qazanacaq.
Əliməmməd NURİYEV