İdeoloji qarşıdurma gərginləşir

21 dekabrda ABŞ mühafizəkərının əsas hərəkatı olan Turning Point USA-nın (TPUSA) təsisçisi Çarli Körkin ölümündən sonra ilk böyük tədbiri – AmericaFest keçirildi. Festivalda 31 mindən çox adam iştirak edirdi. Çarlinin həyat yoldaşı Erika Körk təşkilatın rəhbəri oldu və çıxışında dərhal mübarizəyə qoşuldu:

-“Biz həyat yoldaşımın dostu J.D. Vensin ən inandırıcı şəkildə ABŞ-ın 48-ci prezidenti seçilməsinə nail olacağıq!”

Tamaşaçılardan heç də hamı bu çağırışı ayaq üstə alqışlarla qarşılamadı. Onun namizədliyi bütün respublikaçıları (mühafizəkarları), əsasən də neokonları və sionistləri qane etmir.

Lakin tədbirin əsas əsəb teli ənənəvi respublikaçılarla (neokonlar və sionistlər) yeni respublikaçılar (MAGA hərəkatının özəyi) arasındakı qarşıdurma oldu. Siyasi jurnalistlər Ben Şapiro birincinin, Taker Karlson isə ikincinin adından çox sərt danışdılar.

Yeri gəlmişkən, Vens məhz bu tədbirdəki çıxışında demişdi ki: “Biz təqaüddə olan yaşlı amerikalılara sosial təminat vergilərini də ləğv etməklə kömək edirik, çünki ata və analarımıza hörmət etməyin vacib olduğuna inanırıq, onların bütün pullarını Ukraynaya göndərməməyə yox.” Bu sözləri hamı alqışlamadı.

Ben Şapiro İsrail siyasətini tənqid edən hər kəsin mahiyyətcə antisemit olmasına dair Bibi Netanyahunun iddiasını təkrarladı. O həmçinin bildirdi ki, bütün dünyada demokratiyanı müdafiə etmək Amerikaya Tanrı tərəfindən həvalə edilib, buna görə də “bəzi” insanların bunu başa düşməməsi “ideallara xəyanət”dir. Əsl neokon və sionist fikirlərdir.

Taker Karlson çıxışında dedi ki, antisemitizm də etnik, dini və mədəni qruplara qarşı bütün digər nifrət növləri (sətiraltı sionistlərin fələstinlilərə nifrətini nəzərdə tutur) kimi iyrəncdir, lakin ABŞ-da ən çox hücuma məruz qalan qrup ağdərili kişilərdir. O həmçinin “demokratiyanı harasa” aparmaq ideyalarının toksik olduğunu söylədi.

Göründüyü ki, respublikaçıların 2 qanadı arasında ideoloji qarşıdurma ictimai məkana çıxıb. Bu qarşıdurmanın nəticələrini biz Trampın ziddiyyətli siyasətində görürük.

Tədbir mühafizəkarları birləşdirə bilmədi, przidentliyə namizəd (2028) barədə də, hərəkatın gələcək istiqaməti barədə də vahid fikir formalaşdıra bilmədi.

Hələ ki, TPUSA-nın rəhbəri Erika Körk MAGA-çılar tərəfindədir. O bu kursu davam etdirərsə, sionistlər və neokonlar (çox vaxt eyni adamlardır) hərəkatdan ayrılacaqlar. Bu proses artıq başlayıb. Bu günlərdə Trampın “Layihə 2025”-i və yeni nəsil idarəetmə komandasını (iddialarına görə) hazırlayan Heritage Foundation-in 15 üzvü ondan ayrılaraq Advancing American Freedom-a (AAF) keçdilər. AAF Trampın 1-ci prezidentliyi dövründə ona xəyanət etmiş vitse-prezidenti neokon Mayk Pensin təşkilatıdır.

Görünən odur ki, konqresə aralıq seçkiqabağı nəinki demokratlar və respublikaçılar, hətta respublikaçılar daxilində də ideoloji qarşıdurma gərginləşir.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights