İçi buruq, gözü yol çəkən jurnalistlər, bayramınız mübarək olsun!

ELAZ.İNFO xəbər verir ki, bu gün ölkəmizdə Azərbaycan Milli Mətbuatının 150 illiyi təntənə ilə qeyd edilir.

Özünü usta qələm əhli sayan jurnalistlər fəxrlidirlər, qürurludurlar. Bu gün onların, bizim bayramımızdır.

1875-ci ilin 22 iyulunda əsası qoyulan “Əkinçi” nin prinsipial meyarlarını özünə örnək götürən jurnalistlərimiz Milli Mətbuat və Jurnalistika Günü olaraq hər ilin 22 iyul tarixini bayram əhval-ruhiyyəsində keçirməyə çalışırlar. Haqları da var –deyə düşünürəm. Hər bir vətəndaşın deyə bilmədiyini, yaza bilmədiyini deyən, yazan jurnalistlərin bayramı mübarək olsun! Təmənnasız olaraq Vətənə, Millətə, Torpağa xidmət edənlərin Bayramı mübarək olsun! Xidməti olub, lakin mükafatını almayan, içi buruq qalan, gözü yol çəkən  jurnalistlərin bayramı mübarək olsun!

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights