İbn Sina Tibbi vs Müasir Təbabət

ELAZ.İNFO xəbər verir ki, Müasir dünya tibbi (allopatiya) sürətlə inkişaf etsə də, bir çox xroniki xəstəliklər qarşısında aciz qalır. Bunun əsas səbəbi latın mənşəli müasir tibbin diqqəti xəstəliyin kökünə deyil, onun zahiri əlamətlərinə — simptomlarına yönəltməsidir. Böyük İslam mütəfəkkiri və həkimlərin sultanı İbn Sina isə hələ min il əvvəl xəbərdarlıq edirdi: “Simptomla oynamaq, xəstəni müvəqqəti sakitləşdirmək, amma xəstəliyi daxildə böyütməkdir”.

İbn Sina üçün insan orqanizmi dörd ünsürün və dörd xiltin (qan, bəlğəm, sarı öd, qara öd) harmoniyasıdır. Əgər bu harmoniya pozulursa, bədən ağrı, qızdırma və ya öskürək vasitəsilə SOS siqnalı verir. Müasir yanaşma: Qızdırma varsa, onu dərhal salmaq lazımdır. İbn Sina yanaşması: Qızdırma bədənin xəstəliklə mübarizə üsuludur. Sən sadəcə qızdırmanı salsan, bədənin müdafiə mexanizmini iflic etmiş olarsan. Səbəbi (iltihabı, toksini) tap və onu yox et!

İbn Sina təliminə görə, simptomla mübarizə aparmaq, avtomobildə yağın bitdiyini göstərən xəbərdarlıq işığını söndürüb yolu davam etməyə bənzəyir. İşıq yanmır, amma mühərrik (orqanizm) sıradan çıxır. Müasir “Latın Tibbi” çox vaxt ağrıkəsicilər və simptomatik dərmanlarla məhz bu “xəbərdarlıq işığını” söndürməklə məşğuldur.

Dahi alimin “Əl-Qanun fi’t-Tibb” əsərində qeyd etdiyi prinsiplər bu gün də aktuallığını qoruyur: Qidalanma Müalicədən Öndədir: “Dərmanınız qidanız, qidanız dərmanınız olsun”. Ruh və Bədən Vahidliyi: Psixoloji vəziyyəti düzəltmədən bədəndəki xəstəliyi qovmaq mümkün deyil. Hərəkət və Təmizlik: Bədəni toksinlərdən təmizləmədən (hicama, pəhriz, tərləmə) simptomları basdırmaq xəstəliyi xroniki hala salır.

Bu gün “Latın Tibbi”nin xəstəliyi hissələrə ayırıb müalicə etməsi bizi bütöv sağlamlıqdan uzaqlaşdırır. İbn Sinanın yolu isə insana tam bir kainat kimi baxmaq və simptomun arxasındakı həqiqi düşməni tapıb yox etməkdir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights