I Şah Abbas və Eçmiadzin Manastırı

Eçmiadzin Manastırı, erməni Kilsəsinin əsas monastırı və bütün ermənilərin Katolikosu Ali Patriarxın taxtıdır.

Kilsə, Üçkilsə bölgəsinin mərkəzində yerləşən (12 Mart 1945 -ci ildən – Eçmiadzin) erməni xristian kilsəsidir.

Hal-hazırda, indiki Ermənistanın Armavir bölgəsidir. Matenadaranda saxlanılan orta əsr sənədlərində məbədin adı “Üçkilsə” olaraq xatırlanır.

Erməni Katolikosluğunun Üçkilsəyə köçürülməsi ilə əlaqədar erməni elçiləri bura üz tutdular və cənubi Qafqazda nüfuzlarını gücləndirmək imkanı əldə etdilər. Manastır isə tezliklə ermənilərin dini mərkəzinə çevrildi.

Kilsənin adı: erməni interpretasiyasında Eçmiadzin “Tək Doğulanların enişi” kimi şərh olunur (əfsanəyə görə İsa Məsih göydən enərək burada Müqəddəs Qriqoriyə göründü).

Azərbaycan dilində bu söz “Üç muəzzin” (“müəzzin” ərəbcə “azan edən” (azan) mənasını verən “Üçmuazzin” kimi tələffüz olunur.

V-ci əsrdən başlayaraq, məbəd bir neçə dəfə yenidən qurulur, orijinal görünüşü tanınmaz dərəcədə dəyişir, yeni binalar əlavə edilir. Xüsusilə XVII əsrdə yenidən bərpa olan manastır Cənubi Qafqazda tikilmiş o dövrün müsəlman abidələri ilə eyni olan şərq memarlıq üslubunu özündə əks etdirir.

Türk-İslam memarlığının ən gözəl nümunələri ilə yanaşı, 1588-1629-cu illərdə hökmranlıq etmiş Səfəvi sülaləsindən olan Böyük Şah I Abbas obrazı şimal günbəzinin ön hissəsinə həkk olunmuşdur. Sual yaranır – Niyə Böyük Şah Abbasın təsviri ilə çəkilmiş barelyef xristian dini binasına quraşdırılıb? Axı, erməni müəlliflər I Şah Abbası və ordusunu şeytan kimi təsvir edən bir çox əsərlər yazmışlar və yazdıqlarına görə Şah Abbasın əmri ilə “Böyük Surqun” baş verib və güya ki, adı gedən bu qondarma “sürgün” zamanı, müxtəlif hesablamalara görə, 250-300 min erməni “Zaqafqaziyadan” İrana deportasiya olunmuşdur və güya ki, deportasiya zamanı çoxları vəhşicəsinə öldürülüb, bir qismi isə yolda dünyasını dəyişib. Ancaq “erməni stounxenci” və “tigranakert” seriyasından olan “erməni abidələri” ilə bağlı bütün əfsanələrdə olduğu kimi, Şah I Abbası təsvir edən bir barelyef üçün də, tez bir hekayə icad edərək ictimaiyyətə təqdim olunub.

Bu hekayəni təhlil etdikdə isə, bir çox qaranlıq məqam işıq üzü görür. Misal üçün bəzi erməni “alimləri” və “ruhanilər” in nümayəndələri çox guman ki, XX əsrdə ilk dəfə tanış olduqları bu fenomen haqqında ağılasığmaz versiyalar irəli sürürlər. Ümumiyyətlə, bu mövzuda həm yazılı, həm də fotoşəkilli materiallar çox azdır. Beləliklə, bəzi erməni “tarixçilərinin” və “ruhanilərinin” versiyalarını oxucunun sitat şəkilində nəzərinə çatdıraq : Versiyalardan birinə görə, Şah Abbasın barelyefini kafedralın divarında bir gecənin içində rəsm ediblər. Müsəlman bir hökmdarın portretinin xristian kilsəsinin üzərinə bu qədər tələsik şəkildə həkk etmənin səbəbi nə ola bilərdi? Deməli qonşularımızın dediklərinə görə 1604 -cü ildə Şah Abbas sülh müqaviləsini pozaraq Ermənistana ordu yeridir. (Bəyəm o dövrlərdə erməni dövləti var idi ki, Şah onlarla sülh müqaviləsi bağlaya???). Köhnə Cuqanı fəth edir və inşaat işlərini aparmaq üçün çoxsayda ermənini özü ilə aparır və ermənilər İsfahan şəhərində məskunlaşdırır. Lakin bir çoxları illər sonra da vətənlərinə qayıtmaq arzusunda idilər. Şah Abbas anlayır ki, onları mənsub olduqları din və Eçmiadzin daim geri çağırır. Beləliklə, Şah erməniləri evlərinə qayıtmaq düşüncələrindən yayındırmaq üçün yeni bir mənəvi mərkəz tikmək qərarına gəlir. Şah Abbas, əsgərlərinə Eçmiadzinə getməyi, katedrali dağıtmağı və İsfahanda yeni bir kafedral tikməyə üçün daşları indiki İran ərazisinə gətirməyi əmr edir. Güya ki, Şah Abbasın “məkrli” niyyəti haqqında Ermənistanda xəbər tuturlar və erməni rahibləri Səfəvi hökümdarına aid bir ənənəyə agah idilər. Onlar bilirdilər ki, Şahın qoşunları heç vaxt üzərində Səfəvi Şahının təsviri olan binanı dağıtmağa cürət etməzlər. Beləliklə Şahın portretinin ən qısa müddətdə kafedralın divarlarında təsvir edilməsinə qərar verildi ki, bu da onu məhv olmaqdan xilas etdi. Bir sözlə reallıqla heç bir əlaqəsi olmayan çox gülünc bir uydurmanın şahidi oluruq. Müqəddəs Eçmiadzin muzeylər və arxivlərinin müdiri rahib Asogik Karapetyanın dediklərinə görə isə Şah Abbas haqqında hekayənin bir hissəsi uydurmadır:

“Bu, Şah Abbasın obrazı deyil, çünki heç bir tarixi qeyd yoxdur. O illərdə tarixçi, Arximandrit Arakel Davrijetsi kilsənin həyatı haqqında yazmışdı və kitabında bu təsvirdən heç bir söz olmadığını qeyd edir və mənbələrdə ancaq Şah Abbasın kilsəni dağıtmaq və onu yeni Cuqada bərpa etmək istəməsindən bəhs edilir. Hətta 15 ədəd daş daşınıb və hələ də “Yeni Cuqa” erməni kilsəsindədir. Buna görə də, Şah Abbasın obrazı ilə bağlı hekayəni uydurma hesab etdiyini bildirir. Və qeyd edir ki, aparılan tədqiqatlar göstərir ki, təsvir olunan portret xeyriyyəçiyə məxsusdur, kiminki hesabına 1680 -ci ildə Katolikos Egiazar Ayntaptsi üç qübbə inşa edib- Cənub, Şimal və Şərq. Elə bu səbəbdən şərq günbəzinin ön hissəsində erməni katolikosu Egiazar Ayntaptsinin təsvir həkk olunub, şimal günbəzdə isə xeyriyyəçinin portreti təsvir edilmişdir.

“Sözün açığı, heç inandırıcı gəlmir ki, sağlam düşüncəli və normal məntiqli insan versiyalardan hansınasa ciddi yanaşsın. Amma yenə də təhlil edək:

1) Bir gecənin içində barelyefin kilsə üzərinə həkk olunması heç cür mümkün görsənmir, o səbəbdən ki, barelyef həkk olunduğu daş fərqli daş növündəndir və çox güman ki, bina yenidən inşa olunanda konstruksiyanın bir hissəsi kimi yerləşdirilib. Yəni o daşı ora bir gecənin içində yerləşdirmək üçün binanın dam hissəsi tamamilə sökülməli idi. Və ən əsası da, odur ki, Şahın qoşunları, binanın üzərində kimin təsviri olursa olsun, Şahın əmrini heç vaxt çeynəməyə cürət etməzdilər.

Azından inandırıcı deyil ki, göndərilən dəstənin rəhbəri o qədər “geri zəkalı” olsun ki, bunun bir hiylə olduğunu anlamasın.

2) Bir tərəfdən erməni “tarixçiləri” I Abbas tərəfindən “Böyük sürgün” əsnasında erməni əhalisinin amansızcasına məhv edilməsindən yazırlar, digər tərəfdən də, Şahın erməni əhalisinə və onlara olan qayğı və hislərini təsvir edirlər, hətta onların ev həsrətinə bir az da olsa təsəlli vermək üçün Eçmiadzin məbədini söküb, indiki İran ərazisinə köçürmək üçün ordu göndərməsindən bəhs edirlər? Yani bu bir paradoksdan başqa bir şey deyil.

3) Keşiş Karapetyana görə:

-“Aparılan tədqiqatlar göstərir ki, təsvir olunan portret xeyriyyəçiyə məxsusdur, kiminki hesabına 1680-ci ildə Katolikos Egiazar Ayntaptsi üç qübbə inşa edib …” Burada hansı araşdırmadan bəhs edildiyi qeyd olunmur. Və bir araşdırma aparıldısa, o zaman barelyefdə təsvir olunan “xeyriyyəçinin”in adı niyə heç bir yerdə keçmir?

Daha bir saxtakarlıq nümunəsi.

4) Barelyef şübhəsiz I Şah Abbasa həsr olunub, müqaisə üçün yüklənən fotoşəkillərə baxmaq kifayətdir. Bu da kifayət etməsə, sosial şəbəkələrdə Şahın təsvirləri geniş yayılıb, yoxlamaq elə də çətin bir iş deyil. Beləliklə, növbəti saxtakarlığın və təhrifin bariz nümunəsi və Böyük bir islahatçı və sərkərdə Şah I Abbas kimi Böyük Hökmüdarların barbar mövqeyinin stereotipini tətbiq edilməsinin şahidi oluruq.

Şah Abbas inzibati, siyasi, hərbi və iqtisadi islahatlar həyata keçirən, dövlət quruluşunu kökündən dəyişən, miras aldığı praktiki olaraq dağılmış Səfəvi dövlətini bərpa edən Hökümdar olub.

Abbasın dövründə Səfəvi İmperiyası qərbdəki Dəclə çayından şərqdəki Qəndəhar şəhərinə (Əfqanıstan) qədər uzanaraq, ən böyük rifaha və gücə çatdı. Abbas yolların, körpülərin, kanalların inşasını təşviq edirdi, şəhərlərin bəzədilməsinə və xalçaçılığın inkişafına qayğı göstərirdi. Bir sözlə, Səfəvi Hökmüdarı daha çox qurucu olub, nəinki dağıdıcı. Elə barelyefin Eçmiadzin kilsəsinin üzərində həkk olunması, ərazidə yaşayan xristian icmasının, Şahın quruculuq siyasətinə və şəxsiyyətinə olan sevgidən irəli gəlib.

Sabit COCULU

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights