ELAZ.İNFO xəbər verir ki, dünən Şamaxının Meysəri kəndində keçirilən I Beynəlxalq Barbekü Festivalı sona çatıb.
Festivalda 30-dan çöx ölkədən olan məşhur usta şeflər iştirak edirdi. Yerli şeflərlə bərabər, ABŞ-dan, İsraildən, Türkiyədən və digər ölkələrdən olan şeflər festival iştirakçılarına öz məharətlərini göstərdilər.
Məlumat üçün bildirək ki, festival iki gün davam edib.
Günel GÜNTAC