Mən ümidvaram ki, biz ordumuzu gücləndirəcək, döyüş qabiliyyətini yüksəldəcək, müasir silahlardan istifadə olunmasının keyfiyyətinin artırararaq dövlətimizi yüksəldəcəyik və ən əsası Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq. Azərbaycanın ərazi bütövlüyunu suverenliyini mütləq təmin edəcəyik.
Ümummilli lider Heydər Əliyev
Bizim qələbəmiz yalnız xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!! Yaşasın Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev
Qəhrəmanlarımızı tanıyaq!
Dünya hərb elminə yenilik gətirən, Xüsusi təyinatlı Qüvvələrin komandanı Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev.
Onun rəhbərliyi ilə Xüsusi Təyinatlı Qüvvələrin həyata keçirdiyi hərbi əməliyyatlar 2-ci Qarabağ müharibəsinin qalibiyyətlə başa çatmasında müstəsna əhəmiyyət daşıdı. Mürəkkəb relyefə rəğmən düşmənin 30 il ərzində möhkəmləndiyi istehkamları darmadadağın etdi.
Tərtər rayonu Çaylı kəndi yaxınlığında təkbaşına iki ordu arasındakı 1 kilometrlik minalanmış sahəni keşərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edən, düşməni ağır itkilərə məruz qoyan, 5 saat onlarla təkbaşına döyüşən, xalqın milli vətənpərvərlik hissini daha da gücləndirən Mübariz İbrahimov.
2018-2020-ci illərdə Xüsusi Ali Kurs bitirən, 2020 -ci il oktyabr ayının 5 -də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan, hərbi rütbəli Cavid Mahmudov hər kəsin qəlbində yaşayır.
2020-ci il sentyabr ayının 27 -də başlayan Vətən Müharibəsində Füzulinin azad olunması zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Orxan Əkbərov iki övlad atası idi.
2 noyabr 2020-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Nihad Babayevin xatirəsi ürəklərdə yaşayır.
Şəhidlərimizi tanıyaq və heç zaman unutmayaq!
Natəvan BƏYDİLİ