28 avqustda İsrail Yəmənin paytaxtı Sənada Nazirlər kabinetinin iclasının keçirildiyi binaya aviazərbə endirdi. Partlayış nəticəsində Yəmən (husilər) hökumətinin aşağıdakı yüksək vəzifəli şəxsləri həlak oldu:
Baş nazir
Nazirlər Kabinetinin katibi
Baş nazirin qərargah rəisi
İqtisadiyyat və sənaye naziri
Xarici işlər naziri
Kənd təsərrüfatı və ətraf mühit naziri
Turizm və mədəniyyət naziri
Gənclər və idman naziri
Rifah və əmək naziri
Ədliyyə naziri
Elektoenergetika, energetika və su ehtiyatları naziri
İnformasiya naziri.
İsrailin müdafiə naziri Kats bu dövlət terroru barədə məlumatı uğurlu əməliyyat adı ilə sevinclə elan etdi.
Siz indiyəcən belə dəhşətli, tarixdə görünməmiş (bütün Nazirlər Kabineti rəhbərliyinin öldürülməsi) terror əməliyyatı haqda eşitmişdinizmi? Mən xatırlamıram.
İsrailin Qəzzada Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən tanınan soyqırımına qarşı mübarizə aparan yeganə dövlətin bütün siyasi rəhbərliyi terrorla öldürülür, lakin dünya heç nə olmamış kimi susur.
Husilər bu terroru cavabsız qoymayacaqlarını bəyan ediblər.
Asif ŞƏFƏQQƏTOV