Hüquqşünas Vüsal Əliyev -“Məsul şəxslər mütləq məsuliyyət daşıyırlar”

Elaz.info xəbər verir ki, seriallarda vəkillərlə bağlı yaradılan mənfi obrazlara qarşı hiddətlənən vəkil Vüsal Əliyev qətiyyətlə qarşı çıxıb.

O deyib ki, “bir hüquqşünas olaraq bildirirəm ki, İctimai Televiziyada yayımlanan serialda vəkillərin ünvanına səslənən neqativ fikirləri pisləyirəm və qınayıram. İctimai Televiziyada mövcud sferada vəkillərlə bağlı mənfi rəy yaradılması arzulanan deyildir. Vəkillik və vəkillər haqqında söylənən yersiz və mənfi fikirlər bütün hüquqşünasların, hüquq camiyəsinin ünvanına söylənmiş təhqirdir. Bu məsuliyyətsiz ifadələrə görə qanunvericiliyin tələbinə uyğun olaraq məsul şəxslər mütləq məsuliyyət daşıyırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir