Hollandiyada İsrail vətəndaşlarına hücum

ELAZ.İNFO xəbər verir ki, Hollandiyada yerli sakinlərin hücumundan sonra iki israilli Eyndhoven xəstəxanasında müalicə olunub.

İsrail Xarici İşlər Nazirliyi Hollandiyanın Centre Parcs De Kempervennen şəhərində iki israillinin hücuma məruz qaldığını açıqlayıb.

“Jerusalem Post”un məlumatına görə, çoxsaylı yerli sakinlərin hücumu nəticəsində yaralanan İsrail vətəndaşları Eyndhoven xəstəxanasında müalicə olunub.

Hücumdan əvvəl Hollandiya mediası Jonet israillilərin Fələstin tərəfdarı fəallar tərəfindən lentə alındığını və görüntülərinin internetdə paylaşıldığını yazmışdı. Omroep Flevolandın sözlərinə görə, israillilərin görüntüləri Fələstində Ədalət naminə Tələbələr təşkilatının Amsterdam bölməsinin sosial media səhifəsində yerləşdirilib.

Xarici İşlər Nazirliyi vəziyyəti izlədiklərini və hücumun İsrailin Haaqadakı səfirliyi vasitəsilə həll edildiyini açıqlayıb.

Nazirliyin bəyanatında deyilir ki, “İsrail Hollandiya hökumətindən öz ərazisində israillilərə qarşı hücumların qarşısını almaq və günahkarları tapıb məsuliyyətə cəlb etmək üçün sağlam düşüncə nümayiş etdirməyi və qətiyyətli addımlar atmasını tələb edir”.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights