İki ifrat sağçı İsrail nazirinin Qəzzada etnik təmizləmə çağırışı etdiyi üçün Hollandiyaya girişi qadağan edilib.
ELAZ.İNFO xəbər verir ki, Hollandiya ifrat sağçı İsrail nazirləri Bezalel Smotriç və İtamar Ben Qvirin ölkəyə girişinə qadağa qoyub.
Hollandiya mətbuatının yazdığına görə, bu, İsrailə təzyiqi artırmaq məqsədi daşıyan addımdır. Bu xəbər Times of Israel saytında da dərc olunub.
Yerli “Algemeen Dagblad” qəzetinin Hollandiya parlamentarilərinin hazırladığı petisiyaya istinadən verdiyi məlumata görə, xarici işlər naziri Kaspar Valdekamp Smotrich və Ben Gvirə qarşı atılan addımın səbəblərini belə izah edib ki, “Fələstin əhalisinə qarşı dəfələrlə məskunlaşan zorakılığı qızışdırmaq və Qəzza zolağında etnik təmizləməyə çağırış etdiklərinə görə onlara qarşı bu addım atılıb”.
İlahə BAYINDIR