ELAZ.İNFO xəbər verir ki, Hirkan meşələrinin Azərbaycan xalqının təbii sərvətlərindən hesab olunur. İran ərazisində isə ağacların qanunsuz yolla kəsilməsi artması narahatçılığı ilə bağlı əhali etiraz edir.
Bildirilib ki, Hirkan meşələrindəki minillik ağaclar kəsilir. İranın şimalında Mazandaran və Gilan əyalətlərindən odun qaçaqmalçılığı artıq adi hala çevrilib.
Hirkan meşələrinin 40 milyon ildən çox yaşı var. O, dünyanın ən qədim meşələrindən biridir. Hirkan meşəsi UNESCO-nun Təbii İrs Siyahısına daxil edilib.
İranda 2010-cu ildən sonra meşələrin kommersiya məqsədilə istismarı qadağan edilib. Bununla belə, odun qaçaqmalçılığı nəinki dayanmayıb, hətta daha mürəkkəb xarakter alıb.
Emin AZƏRİ Ərdəbil