Hindistan Pakistana qəsdən su buraxır

ELAZ.İNFO xəbər verir ki, Pakistanın Pəncab əyalətində baş verən daşqınların təxminən 2 milyon insana zərər verdiyi bildirilir.

Pəncabın baş naziri Məryəm Auranqzeb bölgədəki daşqınlarla bağlı açıqlama verib. Pəncabdakı daşqınların 2 milyon insana təsir etdiyini bildirən Aurangzeb, əyalətdə su səviyyəsinin ilk dəfə bu qədər yüksəldiyini vurğuladı.

Aurangzeb bildirib ki, “Bu, Pəncab tarixindəki ən pis daşqındır”.

Pakistanın Xarici İşlər Nazirliyi Hindistanın Pakistana qəsdən su buraxdığını göstərən məlumatlar toplayır.

Aurangzeb yerli hakimiyyət orqanlarının təhsil müəssisələri, polis və təhlükəsizlik obyektlərindən xilasetmə mərkəzləri kimi istifadə etdiyini və sakinlərin təxliyə edildiyini bildirib.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights