HƏYAT BİR MÜBARİZƏDİR

ELAZ.İNFO

Həyat çətin mübarizə tələb edir. Həyat həm gözyaşı, həm də gülüşdən ibarətdir… Çünki Uca Allah bu dünyanı imtahan meydanı kimi yaratmışdır. Bizi bu dünyada bəzən qorxu və aclıqla, bəzən mal-dövlətimizlə, nəfsimizlə, yaxud yetişdirdiyimiz məhsulu azaldıb əlimizdən almaqla imtahana çəkir və səbir edənləri müjdələyir.

Ağrıya, yoxsulluğa, ədalətsizliyə, kədərə və xəstəliyə dözmək üçün qətiyyətli olmalı, ruhdan düşməməli və səbirli olmalıyıq. Həqiqətən, Uca Allah buyurur: “Səbr edənlərə hesabsız mükafat veriləcəkdir”. (Zumer, 39/10). Səbir peyğəmbərlərin fəzilətidir. Həzrət Əyyub (əleyhissalam) xəstəlik və sonrakı yoxsulluq qarşısında səbirlə Uca Allaha dua etdi: “Bu müsibət mənim başıma gəldi və Sən rəhm edənlərin ən rəhmlisisən!” (Ənbiya, 21/83). Sırf həyatda neqativ hallar baş verir deyə panikaya düşmək, günahkar axtarmaq düzgün deyil. Qarşılaşdığımız çətinliklərin bizim üçün sınaq ola biləcəyini heç vaxt unutmamalıyıq. Nəfəs aldığımız müddətcə həyatda qərarlı olmalıyıq və gələcəyə ümidimizi heç vaxt itirməməliyik.

Ali Kamal Maboçoğlu.Türkiyə

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights